Kişi
Kişi
21.07.1975
( Yoxdur )
Bəli
DİN İC
Hacıyev Hikmət Həsənqulu oğlu 21.07.1975-ci ildə Yardımlı rayonunun Nisəqala kəndində anadan olmuşdur. Məşqçilik fəaliyyətinə 1998-ci ildən başlamışdır. 2001-ci ildən 2009-cu ilə qədər kikboksinq üzrə gənclər və yeniyetmələrin milli yığma komandasının köməkçi məşqçisi, 2010-cu ildən etibarən gənclər və yeniyetmələrin milli komandasının baş məşqçi vəzifəsində işləyir. Hal-hazırda böyüklər üzrə milli yığma komandanın low-kick versiyası üzrə böyük məşqçisidir. Əməkdar idman ustası, əməkdar məşqçi, bədən tərbiyəsi fəxri idman işçisi adına layiq görülmüşdür. Həmçinin, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin Kikboksinq bölməsinin baş məşqçisi vəzifəsində çalışır.