Məqsədimiz əhalinin geniş təbəqələrini sağlam həyat tərzinə yönləndirmək, gənclər arasında vətənpərvərlik ruhunu aşılamaqdır.
Ümumi 42 ölkədən 3001 idmançının mübarizə apardığı Türkiyənin İstanbul şəhərində keçirilən dünya kubokunda (15-19 may 2024) Azərbaycan millisi 33 idmançı, 7 məşqçi, 5 hakim və 1 federasiya rəsmisi ilə qatılmışdır. Milli yığma komanda, federasiyanın baş katibi və milli yığma komandaların rəhbəri İlkin Məsimzadənin başçılığı altında yarışda iştirak etmişdir. Həmçinin, federasiyanın yeniyetmə və gənclərdən ibarət milli yığma komandanın baş məşqçisi Hikmət Hacıyevin qatıldığı çempionatda Azərbaycan milli yığma komandası turnirə 15 qızıl, 9 gümüş, 6 bürünc medalla yekun vurmuşdur. Azərbaycan milli yığması medal hesabına görə 5-ci yerdə yarışı yekunlaşdırmışdır.
Ən son yeniliklərdən xəbərdar olmaq üçün abunə olun
Copyright 2025 AKF