L D

Məqsədimiz əhalinin geniş təbəqələrini sağlam həyat tərzinə yönləndirmək, gənclər arasında vətənpərvərlik ruhunu aşılamaqdır.

AKF
  • Əsas səhifə|
  • Böyüklər Və Veteranlar Arasında Avropa Çempionatı 11-20 Noyabr 2022

Böyüklər Və Veteranlar Arasında Avropa Çempionatı 11-20 Noyabr 2022

Böyüklər Və Veteranlar Arasında Avropa Çempionatı 11-20 Noyabr 2022

Məhərrəmov Telman Nadir oğlu 26.06.1975-ci ildə Quba rayonunda doğulmuşdur. I Qarabağ müharibəsində iştirak etmişdir və müharibə veteranıdır. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman akademiyasını bitirmişdir. Kikboksinq üzrə Avropa və Dünya çempionatlarının mükafatçısıdır. 1999-cu ildə məşqçilik fəaliyyətinə başlamışdır və 2001-ci ildən etibarən Şimal bölgəsi üzrə baş məşqçi və rəhbər təyin olunmuşdur. 2009-cu ildən kikboksinq milli yığma komandasının məqşçisidir. 2010-cu ildə "K1" növündə kikboksinq üzrə milli yığma komandanın məşqçisi, 2013-cü ildə "K1" növündə peşəkarlardan ibarət milli yığma komandanın məşqçisi təyin olunmuşdur. 2014-cü ildə "Əməkdar məşqçi" fəxri adına layiq görülmüşdür. 2018-ci ildə "K1" növündə peşəkarlardan ibarət milli yığma komandanın baş məşqçisi, 2021-ci ildə "K1" növündə kikboksinq üzrə milli yığma komandanın böyük məşqçisi vəzifəsinə təyin olunmuşdur. 2022-ci ildən "K1" və "Full Contact" növündə kikboksinq üzrə milli yığma komandanın böyük məşqçisidir.