L D

Məqsədimiz əhalinin geniş təbəqələrini sağlam həyat tərzinə yönləndirmək, gənclər arasında vətənpərvərlik ruhunu aşılamaqdır.

AKF

İlkin Məsimzadə

İlkin Xanlar oğlu Məsimzadə 11 oktyabr 1996-cı ildə Şəkidə doğulmuşdur. Orta təhsilini Şəkidə başa vurduqdan sonra 2013-2017-ci illər arasında Azərbaycan Dövlət İqtisad universitetinin Mühasibat uçotu və Audit ixtisasında təhsil almışdır. İxtisas artımı ilə bağlı magistr pilləsində təhsil almış və təlimlərə qoşulmuşdur. Təhsilini bitirdikdən sonra bir çox özəl şirkətlərdə işləmişdir. 2022-ci ildən etibarən Azərbaycan Kikboksinq Federasiyasının baş katib vəzifəsinə təyin olunmuşdur. Azərbaycan, İngilis, türk və rus dillərini bilir.