L D

Məqsədimiz əhalinin geniş təbəqələrini sağlam həyat tərzinə yönləndirmək, gənclər arasında vətənpərvərlik ruhunu aşılamaqdır.

AKF

Ramal Aslanov

Rəmal Əli oğlu Aslanov (Ləqəbi - LORD) 1 mart 1992-ci il tarixində Şəmkir rayonunun Çənlibel kəndində doğulmuşdur. O kikboksinq üzrə dünya kəmərinin sahibi, 12 qat Azərbaycan, 3 dəfə dünya və Avropa çempionu, "Əməkdar idman ustası", Azərbaycan Kikboksinq Federasiyasının I vitze-prezidenti və milli yığma komandanın kapitanı, eləcə də Azərbaycan Prezidenti mükafatçısıdır. 2014-cü ildə Azərbaycan Dövlət İdman Akademiyasını bitirmişdir. 2014–2015 illərdə həqiqi hərbi xidmətini Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının idman komandasında keçmişdir. 2021-ci ildə Azərbaycan Kikboksinq Federasiyasının I Vitse Prezidenti təyin olunmuşdur.