L D

Məqsədimiz əhalinin geniş təbəqələrini sağlam həyat tərzinə yönləndirmək, gənclər arasında vətənpərvərlik ruhunu aşılamaqdır.

AKF

Telman Məhərrəmov Nadir

Telman Məhərrəmov Nadir
Şahdağ Quba İK

1. Cinsi

Kişi


2. Təvəllüdü

26.06.1975


3. Fəxri ad və həmin sənəd

( Yoxdur )


6. Milli yığma komandaya üzvdür ya deyil

Bəli


7. Üzv olduğu klub

Şahdağ Quba İK


8. Nailiyyətləri

Məhərrəmov Telman Nadir oğlu 26.06.1975-ci ildə Quba rayonunda doğulmuşdur. I Qarabağ müharibəsində iştirak etmişdir və müharibə veteranıdır. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman akademiyasını bitirmişdir. Kikboksinq üzrə Avropa və Dünya çempionatlarının mükafatçısıdır. 1999-cu ildə məşqçilik fəaliyyətinə başlamışdır və 2001-ci ildən etibarən Şimal bölgəsi üzrə baş məşqçi və rəhbər təyin olunmuşdur. 2009-cu ildən kikboksinq milli yığma komandasının məqşçisidir. 2010-cu ildə \"K1\" növündə kikboksinq üzrə milli yığma komandanın məşqçisi, 2013-cü ildə \"K1\" növündə peşəkarlardan ibarət milli yığma komandanın məşqçisi təyin olunmuşdur. 2014-cü ildə \"Əməkdar məşqçi\" fəxri adına layiq görülmüşdür. 2018-ci ildə \"K1\" növündə peşəkarlardan ibarət milli yığma komandanın baş məşqçisi, 2021-ci ildə \"K1\" növündə kikboksinq üzrə milli yığma komandanın böyük məşqçisi vəzifəsinə təyin olunmuşdur. 2022-ci ildən \"K1\" və \"Full Contact\" növündə kikboksinq üzrə milli yığma komandanın böyük məşqçisidir.